88 nömrəli avtobusdan yol polislərinin yanında təhlükəli ŞOU - VİDEO

Bakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb. Avtosfer.az xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova özünün facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, bu gün, təxminən saat 18:30 radələrində yeni markalı, köhnə başlı sürücünün idarə etdiyi 88 saylı avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: «Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq «zapravka» yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.
Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı svetoforun yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu «görmədi» və «xəbərləri olmadı...».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










