888 şallaq - İran Azərbaycanı dəstəkləyən soydaşlarımızı bu cəzaya məhkum etdi - VİDEO

İran məhkəməsi ötən ilin oktyabrında saxlanılan Qarabağa dəstək aksiyasının 12 iştirakçısına hökm oxuyub.
Avtosfer.az xəbər verir ki, bu barədə "AzadliqRadiosu"nun Alive proqramında deyilir. Təqsirləndirilən şəxslərə 180 ay həbs cəzası, həmçinin 888 şallaq zərbəsi kəsilib.
Hüquq müdafiəçisi Nağı Mahmudinin sözlərinə görə, bu şəxslər sağlamlığa ağır zərər vurmaqda, asayişi pozmaqda, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunurlar. N. Mahmudi qeyd edib ki, həbs olunanlar ittihamlarla razılaşmırlar.
"Onlar ittihamlarla razı deyillər. Çünki etirazçılar sadəcə Ərdəbil parklarının birində plakatlarla Qarabağın azad edilməsi əməliyyatına dəstəyini bildirmək üçün toplaşıblar. Heç bir əxlaqsız hərəkət edilməyib", - deyə hüquq müdafiəçisi bildirib. Ötən ilin oktyabr ayında İranda Azərbaycana dəstək aksiyalarının keçirildiyi qeyd olunur. 30-dan çox iştirakçı saxlanılıb, onlardan 12-si barəsində cinayət işləri açılıb.
Milli.Az
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












