980 min manatı mənimsəyən qadına hökm oxundu

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın məhkəmə araşdırması yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Zərifə Abbasova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Məhkəmənin ilk iclasında da onun sərbəst mühakimə edilməsinə qərar verilmişdi.
Amma bir neçə iclas sonra xanım müttəhim məhkəmədən gizlənib. O, həbsli axtarışa verilib. Üstündən 7 ay keçməsinə baxmayaraq onun yerini müəyyən etmək mümkün olmayıb.
Bugünkü prosesdə prokuror Orxan Səmədov çıxış edərək məhkəmədən qiyabi qaydada ittihamedici hökm çıxarılmasını, üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.
Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Z.Abbasova qiyabi olaraq 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun evi ziyanın ödənilməsinə yönləndirilmək məqsədi ilə müsadirə edilib.
Qeyd edək ki, mühasib işləyən Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pul məmimsəməkdə ittiham edilir. İstintaq materiallarında yazır ki, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədlərə möhür vurub, onların yerinə imzalar atıb. Bundan sonra o, nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.
Z. Abbasova məhkəmədə özünü qəsmən təqsirli bilib. O, 983 min deyil, 50 min manat mənimsədiyini etiraf edib.
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR










