AAYDA: Cənub bölgəsində sel suları yol infrastrukturuna ziyan vurub - VİDEO

İyunun 26-da ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəb olub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, intensiv yağıntılar nəticəsində Lənkəran-Lerik, Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq, Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz, Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












