Abid Şərifovun dövlətə milyonlarla manat borcu olan şirkəti "Ağsuçay" yatağını aldı

Ağsu rayonunda yerləşən "Ağsuçay" qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi məlum olub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hərracda "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) 70 000 manat qiymət təklifi ilə qalib seçilib.
Beləliklə, yataq yekun qiymət olaraq 70 000 manata sözügedən şirkətə satılıb.
"Ağsuçay" qum-çınqıl yatağının həcmi 90 000 kubmetr, sahəsi isə 6 hektardır. Yatağın istismar müddəti bir ildir.
"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Hərçənd Abid Şərifov mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirmişdi.
Şirkətin keçmiş məmura məxsusluğu barədə iddialara isə onun xanımının ASC-nin əsas səhmdarlarından biri olması rəvac verib.
Yeri gəlmişkən, "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin dövlət büdcəsinə 6 718 407.21 manat borcu var.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












