ABŞ-da liman işçilərinin kütləvi tətili başlayıb

ABŞ-ın şərqindəki limanlarda on minlərlə yükləyici oktyabrın 1-nə keçən gecə tətilə başlayıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, aksiya ölkədə yük daşımalarının xeyli azalmasına səbəb ola və ABŞ iqtisadiyyatına gündə milyardlarla dollaradək zərər vura bilər.
Tətilə həmkarlar ittifaqı ilə Beynəlxalq liman daşıyıcıları assosiasiyasının və ABŞ gəmiçilik sənayesi nümayəndələrinin iş şəraiti və əməkhaqqı ilə bağlı razılığa gələ bilməməsi səbəb olub.
Ekspertlərin fikrincə, hətta limanların qısamüddətli dayanması “iqtisadiyyatda şok” effekti yarada bilər. Tətil uzanacağı təqdirdə Demokratlar Partiyasını, o cümlədən prezidentliyə namizəd Kamala Harrisi çətin vəziyyətə qoyacaq.
Ağ ev liman operatorları assosiasiyasını həmkar ittifaqı ilə fikir ayrılıqlarını tez bir zamanda həll etməyə çağırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












