ABŞ-də bomba həyəcanı - Təyyarə təcili eniş etdi

ABŞ-nin Nyu-Cersi ştatındakı Nevark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə getmək üçün havaya qalxan “United Airlines”a məxsus təyyarədə bomba qorxusu yaşanıb.
Avtosfer.az xəbər verir ki, polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində təyyarənin partlayacağına dair qeyd tapılıb.
Daha sonra 202 sərnişini daşıyan təyyarə Çikaqonun “O'Hare” hava limanına təcili eniş üçün istiqamətləndirilib.
Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.
Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada, "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti olmadığı" qeyd olunub.
Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.
baku.ws
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












