ABŞ-də minlərlə avtomobil limanlarda qaldı

Təchizatların müvəqqəti dayandırılması səbəbindən minlərlə avtomobil ABŞ limanlarında yığılıb qalıb.
Avtosfer.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, avtomobil istehsalçıları məhsulların dilerlərə göndərilməsini gecikdirərək bu yolla Prezident Donald Trampın başlatdığı ticarət müharibəsinin təsirini minimuma endirməyə çalışırlar. Bu səbəbdən demək olar ki, bütün limanlar xaricdən gətirilən avtomobillərlə dolub. Logistika şirkətləri idxal olunan avtomobillərə tətbiq edilən tariflərin uzun müddət sürməyəcəyinə ümid edirlər.
Ekspertlərin fikrincə, xaricdən gətirilən avtomobillərə rüsumların artırılması ABŞ iqtisadiyyatına güclü zərbə vuracaq. Onlar ölkədə xarici avtomobillərin qiymətlərinin 15 min dollara qədər bahalaşacağını proqnozlaşdırırlar. Bunun nəticəsində tariflərin yükü sıravi istehlakçının çiyninə düşəcək.(unikal)
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT












