ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Aprelin 26-da Yəmən sahillərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 “Reaper” pilotsuz uçuş aparatı vurulub.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, husi üsyançılarının nümayəndəsi Yəhya Saria PUA-nın Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Pentaqon hadisəni təsdiqləyib.
Ötən ilin noyabrından bəri ABŞ ordusu Yəmən üzərində üç ədəd MQ-9 “Reaper” PUA-sı itirib. Bu modeldən olan hər dronun qiyməti təxminən 30 milyon dollardır.
Telekanalın məlumatına görə, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. İndiyədək 100-dən çox gəmiyə hücumlar olub. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












