Ev əşyalarını balkondan tullayan qadın haqqında DİN-dən AÇIQLAMA - VİDEO

Ev əşyalarını balkondan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə Avtosfer.az-a məlumat verib.
Məlumatda deyilir ki, hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır:
“Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”.
XXX
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazidə baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görülür.
18:58
Abşeronda qadın evdəki əşyaları eyvandan həyətə atır.
Oxu.Az-ın məlumatına görə, hadisə Abşeronda Gənclər şəhərciyində baş verib.
Məlumata görə, çoxmərtəbəli binada yaşayan qadın evdəki əşyaları küçəyə ataraq binanın yaxınlığından keçən şəxslərə təhlükə yaradır.
Hadisə şahidlərinin sözlərinə görə, bu gün qadının atdığı əşyalardan biri kiminsə üzərinə düşüb və əraziyə aidiyyəti üzrə polis əməkdaşları çağrılıb.
İlkin məlumatlara görə, qadının ciddi psixi problemləri var. Qadın binaya yaxınlaşanları övladlarını pəncərədən atmaqla hədələyir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












