«ABU petrol»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr «vurdular» - FOTO

Samir adlı oxucu Avtosfer.az-a Bakıda yanacaqdoldurma məntəqəsində aldadılması ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, bu gün – avqustun 31-də günorta saatlarında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «ABU Petrol» («ABU Arena» yaxınlığında) yanacaqdoldurma məntəqəsində vətəndaşı aldadıblar: «Həmin yanacaqdoldurma məntəqəsində A-92 markalı benzin aldım. «BMW 318i» markali avtomobil idarə edirəm. Maşın 2 motordur, 2002-ci ildə buraxılıb. Yanacaq çəninin tutumu 63 litrdir və mən yanacaqdoldurma məntəqəsinə daxil olanda çəndə 7-8 litr benzin var idi. Çəni tam doldurmaq üçün sifariş verdim. 66.93 litr benzin vuruldu. Menecerə yaxınlaşıb şikayetimi bildirdim ki, 63 litrlik çənə 67 litri necə vurursuz? Hələ çəndə 7 litr də benzin vardı. Amma şikayətimin bir faydası olmadı»..
Avtosfer.az saytı olaraq bu kimi şikayətlərlə son vaxtlar tez-tez rastlaşırıq. Bu üzdən də sürücüləri ayıq-sayıq olmağa, aidiyyatı qurumları isə nəzarət tədbirlərini gücləndirməyə çağırırıq.
Cavid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək














