Acınacaqlı vəziyyətin qeydə alındığı uşaq evinin rəhbəri cəzalandırıldı - RƏSMİ - VİDEO

Sosial şəbəkələrdə acınacaqlı vəziyyətin əks olunduğu videogörüntülərlə bağlı 3 saylı Uşaq Evində aparılan araşdırmalar başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tibb müəssisəsinin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılıb və araşdırılmalar aparılıb:
“Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib, mütəxəssislər tərəfindən uşaqda əsasən yaz və payız aylarında kəskinləşən atopik dermotit xəstəliyi diaqnozu qoyulub.
Araşdırma nəticəsində müəssisədə ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmasına baxmayaraq, bəzi nöqsanlar müəyyən olunub.
“Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə 3 saylı Uşaq İnternat Evində acınacaqlı vəziyyəti əks etdirən videogörüntülər yayılıb. Bildirilib ki, uşaqların ərzaq, yataq dəstləri ilə bağlı təminatında ciddi nöqsanlar var.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










