ADY 30 milyon dollara 7 yük qatarı alacaq

Azərbaycan Dəmir Yolları 30 milyon dollarlıq istiqraz buraxır. Avtosfer.az xəbər verir ki, ADY hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxır. Məlumata görə, istiqrazlar üzrə illik faiz dərəcəsi 7 % təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Qeyd edilib ki, emissiya çərçivəsində cəlb olunacaq vəsaitlər “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət tərkibi parkının yenilənməsi üzrə prioritet investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu vəsaitlər hesabına 7 ədəd magistral lokomotivin satın alınması nəzərdə tutulur. Layihənin dəyəri 25,935 milyon ABŞ dolları təşkil edir, əlavə olaraq 20% ƏDV və gömrük rüsumları üzrə 5,187 milyon ABŞ dolları məbləğində xərclər də bu çərçivədə maliyyələşdiriləcək. Həyata keçiriləcək bu investisiya tədbirləri yükdaşınma potensialının artırılması, əməliyyat effektivliyinin yüksəldilməsi və logistika xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












