ADY: "Dərnəgül" dəmiryol stansiyası gələn ilin I rübündə hazır olacaq

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" stansiyası gələn ilin I rübündə hazır olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Məlumatda deyilir ki, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dairəvi dəmir yolu marşrutu üzrə Bakı-Xırdalan-Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
ADY Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür, o cümlədən yeni dayanacaqların istismara verilməsi imkanlarını nəzərdən keçirir. Sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək üçün "Dərnəgül" stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Tikinti işlərinin 53%-i yekunlaşıb. Hazırda iki ədəd turniket binası, bir ədəd piyada üst keçidi, dörd ədəd platformanın inşası aparılır. Stansiya ərazisindəki binalarda bünövrənin dəmir-beton işləri yekunlaşıb. Tikinti işləri 2026-cı ilin ilk rübündə başa çatdırılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












