ADY əməkdaşlarının 22 faizdən çoxunu gənclər təşkil edir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 14 362 əməkdaşından 3 190 nəfəri, yəni 22,2 %-nin yaşı 35-ə qədərdir, yəni gəncdir.
Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, qurum ötən il gənclərin inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib. 14 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də mövcud iş imkanları barədə ətraflı məlumat verilib, 50 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb edilib, onlardan 14-ü artıq ADY komandasının üzvünə çevrilib. Gənclər üçün "Açıq qapı" günləri və ekskursiyalar təşkil olunub, dəmir yolu sektorunun ekoloji üstünlükləri və innovativ həlləri təqdim edilib.
"Bu göstərici gənclərin peşəkar inkişafının ADY üçün prioritet olduğunu bir daha təsdiqləyir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












