ADY gələn il daha intensiv hərəkət cədvəlini təqdim edəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 10 yeni müasir sərnişin qatarı aldıqdan sonra gələn il daha intensiv hərəkət cədvəlini təqdim edəcək.
Bunu ADY-nin 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş tədbirdə QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, sərnişin daşınmaları ADY üçün sosial məsuliyyət deyil, həm də yeni qatarları almağa imkan verir.
Sənubər Nəzərova onu da bildirib ki, hazırda balansında olan 9 qatarla imkan dairəsində QSC yüksək performans nümayiş etdirir. Lakin daha 10 qatar aldıqdan sonra ADY gələn il daha intensiv hərəkət cədvəli təqdim etməyə imkan əldə edəcək.
Qeyd etmək lazımdır ki, ADY-nin aldığı yeni qatarlarda ikisi artıq Bakıya gətirilib, daha iki qatar isə bu ilin axırına kimi Azərbaycana çatdırılacaq. (apa)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












