ADY-nin nümayəndə heyəti blok qatarın yola salınması mərasimində iştirak edib - FOTO

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.
Sərgi və forum çərçivəsində Çinin Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyəti Sian limanından Avropaya konteyner blok qatarının yola salınması mərasiminə qatılıb.
Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi qiymətləndirib.
Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.
Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.
Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.
Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













