ADY-nin yük və sərnişin daşımalarından gəlirləri təxminən 4% ARTIB

2021-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 284 milyon 751,1 min manat (cari məzənnə ilə $167,5 milyon- İF) gəlir əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2020-ci illə müqayisədə Azərbaycanın dəmir yolları ilə yük və sərnişin daşımalarından gəlirlər 2021-ci ildə 3,6% artıb.
Hökumətin məlumatına əsasən, gəlirlərin strukturunda 2021-ci ildə 282 milyon 914,5 min manat yük daşımalarının (artım 4,6%) payına düşüb, həmçinin, 245 milyon 20,4 min manat – beynəlxalq istiqamətlər üzrə (artım 4%), 37 milyon 894,1 min manat – daxili istiqamətlər üzrə (artım 8%) yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə yük daşımalarının gəlirlərinin strukturunda 81 milyon 953,4 min manat (artım 10,3%) tranzit daşımaların payına düşüb.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından gəlirlər 1 milyon 836,6 min manat (azalma 2,3 dəfə) təşkil edib, bütün bu həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ildə dəmir yolu ilə 15 milyon 57,6 min ton yük (artım 2,9%) və 2 milyon 826,1 min nəfər sərnişin (artım 33%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 4 milyon 584,5 min ton təşkil edib (artım 11%). (İnterfaks-Azərbaycan)
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










