ADY rəsmisi: “Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün nəqliyyat və logistika dəhlizlərinin rolu böyükdür”

Beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin Avrasiya regionunda ticarət və dayanıqlı inkişafda oynadığı rol həm iqtisadi, həm də strateji cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri ADY sədrinin Rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu dəhlizlər müxtəlif ölkələri birləşdirərək mal və xidmətlərin sərbəst hərəkətini asanlaşdırır və bölgələrarası ticarəti gücləndirir:
“Nəqliyyat dəhlizləri Avrasiya regionunda yerləşən ölkələr arasında ticarət həcminin artmasına kömək edir. Bu, xüsusilə də, Uzaq Şərqdən Avropaya və əks istiqamətdə gedən ticarət üçün vacibdir. Müxtəlif ölkələrin iqtisadiyyatlarını daha sıx inteqrasiya etməyə imkan yaradır ki, bu da bölgədəki iqtisadi sabitliyə və inkişafa töhfə verir.
Həmçinin nəqliyyat dəhlizləri vasitəsilə kiçik və orta ölçülü müəssisələr də yeni bazarlara asanlıqla giriş əldə edə bilir, bu da onların inkişafını və böyüməsini təşviq edir”.
A.Ağayev onu da qeyd edib ki, nəqliyyat dəhlizləri infrastruktur layihələrinin inkişafını təşviq edir: “İnfrastruktur layihələrinin inkişafı ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və yerli iqtisadiyyatın güclənməsinə kömək edir. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün də logistika dəhlizlərinin rolu böyükdür. Çünki bu layihələr daha təmiz və səmərəli nəqliyyat seçimlərini təşviq edir”.
Qeyd edək ki, beynəlxalq konfransın keçirilməsində məqsəd transregional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı əsas məsələlərin müzakirəsi, bu istiqamətdə strategiyaların müəyyən edilməsi və maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.
Konfrans öz işini noyabrın 17-də Bakıda davam etdirəcək.
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq













