ADY sədri: Bakı dairəvi dəmir yolu xəttinin yenidənqurulması planlaşdırılıb

Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.
O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:
"Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












