ADY sədri gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib.
Həmçinin Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















