ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub.
Avtosfer.az xəbər verir ki, limanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib.
Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib. Xəzər dənizi-Qara dəniz bağlantısının genişləndirilməsinin Orta Dəhliz üzrə daşımaların həcminin və əməliyyatların səmərəliliyinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Limanların Avrasiya Nəqliyyat Marşrutu üzrə koordinasiyalı fəaliyyətinin Orta Dəhlizlə səmərəli, sürətli və təhlükəsiz yükdaşımaların təmin edilməsi baxımından vacibliyi bildirilib.





Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












