ADY “Stadler” şirkəti ilə yerli mütəxəssislərin və maşinistlərin hazırlanmasını müzakirə edib - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə ADY ilə “Stadler Rail Group” arasında imzalanmış müqaviləyə əsasən dörd yeni sərnişin qatarının bu ilin sonunadək ölkəmizə çatdırılması, test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub. Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.
Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinə sifariş edilmiş daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.



Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO














