ADY və BŞİH dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib - FOTO

ADY Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarının məişət tullantılarından təmizlənməsini həyata keçirib.
Avtosfer.az xəbər verir ki, təmizlik işləri çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsi və Kürdəxanı kəndi ərazisində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə həm dəmir yolu infrastrukturunun, həm də ətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.
Təmizlənmiş ərazilərin yenidən sakinlər tərəfindən çirkləndirilməsi ehtimalını nəzərə alaraq ADY təhkim zolaqlarının müəyyən hissələrində maarifləndirici plakatların yerləşdirilməsini planlaşdırır. Bu plakatlar vasitəsilə əhalini tullantıların düzgün idarə edilməsi və ətraf mühitin qorunmasına dəvət etmək məqsədilə məlumatlandırma kampaniyası aparılacaq.
ADY-nin davamlı inkişaf strategiyasının bir hissəsi olaraq təmizlik işləri müntəzəm əsasda aparılır.
Ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər şirkətin fundamental dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində həyata keçirilir. ADY-nin ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinə sadiqliyi dəmir yollarının dayanıqlı inkişafının təməlini təşkil edir. Bu prinsiplər ADY-nin ekoloji məsuliyyətini artırır və dəmir yollarının yaşıl gələcəyə töhfə verməsini təmin edir.
Dəmir yolları ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal təşəbbüslərində aktiv tərəfdaş olmaq üçün səy göstərir. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə baş tutacaq dünya səviyyəli COP29 iqlim tədbirində bir çox mövzularla yanaşı, nəqliyyat sektorunun iqlim dəyişikliyi ilə mübarizədəki rolu da müzakirə olunacaq.
ADY-nin ekoloji təmiz qatar və texnologiyalardan istifadəsi, həmçinin ətraf mühitin qorunması istiqamətində tədbirləri ilə nəqliyyat sektorunda dayanıqlı inkişafı təşviq etməyə və qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə davam edəcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?














