“Aeroflot” sərnişin oturacağında heyvanların daşınması xidmətini təqdim edib

Rusiyanın “Aeroflot” şirkəti sınaqdan uğurla keçdikdən sonra təyyarənin salonunda qonşu sərnişin oturacağında heyvanın daşınması xidmətini tətbiq edib.
Avtosfer.az xəbər verir ki, bu xidmət şirkətin öz reyslərində və onun törəməsi olan "Rossiya” şirkətinin SU kodu ilə həyata keçirilən reyslərində davamlı olaraq tətbiq olunacaq.
“Test nəticələri göstərdi ki, xidmət xırda heyvan və quş sahibləri arasında tələbatlıdır. Bu müddət ərzində 900-dən çox ev heyvanı daşınıb. Həmçinin sınaqların nəticələrinə əsasən biznes sinif kabinəsində heyvanların daşınması üçün konteynerin ölçüləri artırılıb”, - məlumatda qeyd olunur.
Şirkətdən verilən məlumata görə, sərnişin qonşu oturacaqda istənilən xidmət sinfində (ekonom, komfort və biznes) heyvan və ya quş olan bir konteyner daşıya bilər.
Qeyd olunur ki, əlavə oturacaq üçün ödəniş yetkin sərnişinə tətbiq edilən tariflə həyata keçirilir. Təhlükəsizlik qaydalarına uyğun olaraq, konteynerin yalnız pəncərənin yaxınlığındakı oturacaqlara yerləşdirilməsinə icazə verilir. Ev heyvanı bütün uçuş zamanı konteynerdə qalmalıdır.
apa
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












