Aeroport yolunda narazılıq yarandı; sürücülərin işi çətinləşib - VİDEO

Aeroport şosesində, “Komsomol dairəsi” adlanan ərazidən başlayaraq hava limanı istiqamətindəki magistral yollarda avtomobil keçidləri və geri dönüş xəttlərinin az olması həm sürücülərin, həm də yol ətrafında yaşayan sakinlərin hərəkətinə problem yaradır. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, yolətrafı qəsəbələrdə yaşayan sakinlər magistral yola keçmək üçün bir neçə kilometr irəli gedib, sonradan eyni məsafəni geri qayıtmaqla əsas yola çatmalı olurlar. Magistral yolda avtomobillərin girişi-çıxışı üçün keçidlər az olduğundan qəsəbəyə gələn təcili tibbi yardım maşınlarının da hərəkətində çətinlik yaranır.
Prospektin yaxınlığında yaşayan Bülbülə qəsəbəsinin sakinləri deyir ki, bu illərdir bu problemdən əziyyət çəkirlər. Həmçinin yerüstü piyada keçidləri uzaq məsafələrdə yerləşdiyindən sakinlər yolu keçmək üçün bir neçə kilometr getməli olurlar.
Sözügedən problemi işıqlandırmaq məqsədilə sürücülərdən biri ilə yol yoldaşı oluruq. Sürücü deyir ki, Bülbülə qəsəbəsi Aeroport şosesi yaxında yerləşməsinə baxmayaraq, yolda yolayırıcılar, avtomobil keçidləri olmadığından məcbur olub yolu 10 kilometr uzatmalı olurlar.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də bildirib ki, bu problem təkcə Aeroport şosesində deyil, Bakının bir çox magistral yollarında müşahidə olunur.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










