Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

Bakıda qanunsuz taksi xidməti göstərən şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.
Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən 1966-cı il təvəllüdlü Ağdam rayon sakini V. Səfərovun "Hyundai" markalı avtomobillə taksi xidməti göstərdiyini aşkar ediblər. Taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün o, bölməyə dəvət edilib. Bu zaman V. Səfərov müqavimət göstərərək ictimai asayişi pozub.
Saxlanılan şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. İş Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə sürücünün xuliqanlıq əməli törətməməsi qənaətinə gəlib. O, məcəllənin 535-ci maddəsi üzrə cəzalandırılıb və 8 sutka inzibati həbs cəzası alıb.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












