Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama

Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 tələbini dəstəklədiyini bildirib.
Avtosfer.az xəbər verir ki, Jean-Pierre gündəlik mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonra Baydenin F-16 satışı ilə bağlı müsbət açıqlamaları ilə bağlı bir qrup Demokratik Konqres üzvünün tənqidlərini dəyərləndirib.
F-16 ilə bağlı müzakirələrin bir müddətdir gündəmdə olduğuna diqqət çəkən Jean-Pierre, "F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bunu danışırıq və Bayden bunu həqiqətən dəstəkləyir. Bundan başqa yeni heç nə yoxdur”. -deyə Ağ Ev sözçüsü bildirib.
Qeyd edək iki, Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında prezident Ərdoğanla görüşən Bayden iyunun 30-da keçirdiyi mətbuat konfransında Türkiyəyə F-16 döyüş təyyarələri satmaq lazım olduğunu və bunun üçün ABŞ Konqresindən razılıq ala biləcəklərini bildirmişdi.
Lakin ABŞ Nümayəndələr Palatasında bir qrup senator Baydenə göndərdikləri məktubda bu dəstəyi tənqid edib.
"Unikal"
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












