Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi ilə bağlı YENİ DETALLAR

Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, "MedEra" hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov "Vətən-N" Mühafizə Xidmətinin əməkdaşı olub. Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək, qaydaları pozub.
O, üç aydır ki, "MedEra" hospitalında mühafizəni təşkil edirmiş.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.
Faktla bağlı cinayət işi başlanılıb.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












