Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

Aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun "Haramı" adlanan ərazisində 1981-ci il təvəllüdlü Yusifov Elbrus Camal oğlunun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ağcabədi Elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












