Ağdaşda qonşusunun evindən oğurluq edən şəxslər saxlanılıb - FOTO - VİDEO

Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib.
Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












