Agentlik Kürdəmirdə reyd keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı Regional bölməsinin əməkdaşları Kürdəmirdə reyd keçirib.
Bölmənin əməkdaşları Kürdəmir rayonunda fəaliyyət göstərən Hüseynov Vidadi Aydın oğluna məxsus bazarda yoxlama işləri həyata keçiriblər.
Reyd zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu halları aşkar edilib. Belə ki, bir sıra qida məhsulları, ərzaq məhsulları birbaşa döşəmə üzərinə yığılmaqla satışı həyata keçirilməsi, həmçinin satışda olan heyvan mənşəli məhsullar, ət və ət məhsulları süd və süd məhsulları baytar sanitar ekspertizadan keçrilmədən satışı həyata keçrilməsi faktları aşkarlanıb.
Eyni zamanda bu məhsulların hansı təsərrüfatdan gəlməsi, eləcədə təsərrüfatın sağlamlığı haqqında arayışlar yoxlamaya təqdim edilməməsidə müəyyən olunub.
Bazarda fəaliyət göstərən beş ət satış məntəqəsində sanitar norma və qaydalarına, gigiyenanın tələblərinin kobud şəkildə pozuntusu aşkar edilib, həmin satış məntəqələri daimi isti və soyuq su ilə eləcə də kanalizasiya xətləri ilə təmin edilməyib. Yuyulması, təmizlənməsi, dezinfeksiya olunması asan olmayan materildan təşkil edilib.
Bundan başqa, reyd zamanı bazarda çalışan işçilərin tibbi müayinəyə cəlb olunmaması halı da aşkar edilib.
Reyd zamanı bazar rəhbəri Vidadi Adil oğlu Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tətbiq edilib.
Hazırda rayon ərazisində AQTA tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər davam etdirilir.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












