Ağır vəziyyətdə olan şəhid qardaşı sağalaraq evə buraxıldı - FOTO

Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunan Vətən müharibəsi şəhidi Araz Seyfullayevin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb.
Avtosfer.az xəbər verir ki, 04.06.2024-cü il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpə tənəffüs çatışmazlığı səbəbilə Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunub. Neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilən körpə süni ventilyasiya aparatına qoşulub. Körpədən zəruri müayinələr götürülüb və adekvat müalicə tədbirləri görülüb. Həkimlərin səyi nəticəsində sağlamlığına qovuşan yenidoğulan sağalaraq evə buraxılıb. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Araz Seyfullayev Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli və Cəbrayıl rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













