Ağsaqqallar belə edirsə, gənclərdən nə gözləyək - VİDEO

Son bir neçə ildə Azərbaycanda aparılan statistik araşdırmalara görə yol qəzaları zamanı ölüm faktlarının yarıdan çoxunu piyadavurmalar təşkil edir. Bu da piyadaların təyin olunmuş yerlərdən keçməməsinin nəticəsidir. O cümlədən, azyaşlı uşaqların piyada kimi yollardan düzgün istifadə etməməsi və insanların sütkanın qaranlıq vaxtında yolun hərəkət hissəsində təhlükəli hərəkəti bu cür ağır fəsadlar törədir. Qaranlığı başa düşmək olar, amma günün günorta çağı bu ağsaqqalın yolu bu cür keçməsinin səbəbini başa düşmək çətindir. Ağsaqqal belə edirsə, gənclərdən, yeniyetmələrdən nə gözləmək olar? On metr o yanda piyada keçidi ola-ola ağlı başında olan adamın yolun ortasından oppana-oppana keçməsinə nə ad vermək olar?
Videonu Avtosfer.az saytına göndərən oxucumuz qeyd edir ki, bu vətəndaşın yolun hərəkət hissəsinə qəflətən çıxması az qala qəzaya səbəb olacaqdı. Hər halda, yolu bu qaydada keçmək olmaz və buna əməl etmək həm sizin sağlamlığına xeyirdir, həm də başqalarına problem yaratmazsınız.
Elməddin
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?














