Ağstafada şəhidin son arzusu yerinə yetirilib - FOTO

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib.
“Report” xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində xatirəsi əbədiləşdirilib.
Belə ki, bu gün Rüfət Məmmədlinin istəyi ilə qəsəbə sakinləri tərəfindən inşa edilən “Şəhidlər bulağı” istifadəyə verilib. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, qəsəbə sakinləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, gizir Rüfət Məmmədlinin şücaəti və keçdiyi döyüş yolundan danışıblar. Daha sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Qeyd edək ki, 89 ermənini məhv edən Rüfət Məmmədli yaralı olan zaman xalası oğluna mesaj yazaraq son arzusunu çatdırmışdı. O, “şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin” qeyd etmişdi.
Xatırladaq ki, Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2012-2013-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. Kəşfiyyatçı snayper olan Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində də iştirak edib.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Qorxmaz və igid döyüşçü olan Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Şuşanın azadlığı uğurunda gedən döyüşdə - noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də Saloğlu qəsəbə qəbiristanlığında dəfn olunub.
Rüfət Məmmədlinin 2 azyaşlı övladı var.
Döyüş yoldaşları tərəfindən igidliyinə, qəhrəmanlığına görə Rüfətə “Əjdaha” ləqəbi verilib.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Rüfət Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










