Ağstafalı şəhidlərin ailə üzvləri ilə görüş keçirildi - FOTO

Ağstafalı şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş keçirilib.
Avtosfer.az verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əlli nəfərdən çox şəhid ailəsinin üzvü iştirak edib.
RİH başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.
Qeyd olunub ki, dövlət başçısı həssas təbəqədən olan vətəndaşlarımızın problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif layihələr çərçivəsində şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra olunur.
Görüşdə çıxış edən şəhidlərimizin valideynləri, Azər Abbasov, Aydın Mehdizadə, Zeynəb Sadıqova, Afət Namazova, Nazim Yusifov, Nizami Yolçuyev, Bayram Ələkbərov, Yasəmən Qurbanova, Xatirə Əlizadə, İlqar Quliyev, Aybəniz Əhmədova və şəhid qızı Nəcmiyyə Sədizadə, şəhid adının əbədiləşdirilməsi məqsədi ilə görülən tədbirlərdən, müharibə əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunmasından söz açıb, icra olunan ardıcılı tədbirlərə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
(qafqazinfo)
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO


















