Ağsuda odlu silahlar polisə könüllü təhvil verilib - FOTO

Xəbərlər 25 Fevral 2024 11:50
Ağsuda odlu silahlar polisə könüllü təhvil verilib  - FOTO
WhatsApp kanalımıza abunə olun

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Oxunub : 566
ŞƏRH YAZ
Ad

E-mail

Şərh