Ağsuda şirkətdən oğurluq olub, qohumlar saxlanılıb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona köməklik etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib. Oğurladıqları kondisionerlərdən ikisi F.Mütəllimzadənin yaşadığı evdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb, birini isə Şamaxı rayonuna apararaq orada satdıqları müəyyən edilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO














