“Air India” Dəkkəyə uçuşları dayandırıb

Hindistanın ən iri aviaşirkəti olan “Air India” Banqladeşdəki qeyri-sabit vəziyyətə görə Dəkkəyə və oradan əks istiqamətdə olan uçuşları dayandırıb.
“Report” xəbər verir ki, bu barədə müvafiq məlumat daşıyıcının rəsmi saytında yerləşdirilib.
“Banqladeşdəki mövcud vəziyyətlə əlaqədar olaraq, biz Dəkkəyə və Dəkkədən olan planlaşdırılmış reysləri ləğv etdik”, - məlumatda deyilir.
Aviaşirkət sərnişinlərinə uçuşun vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib. “Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, - “Air India”dan bildirilib.
Daha əvvəl Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanmışdı.
Banqladeşdə iyul ayında başlayan və bir neçə həftə davam edən kütləvi etirazlar avqustun əvvəlində hökumətin istefası tələbi ilə iğtişaşlara çevrilib. Baş nazir Şeyx Hasina istefa vermək qərarına gəlib və ölkəni tərk edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












