Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb

Bu gündən Azərbaycana idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitir.
Avtosfer.az xəbər verir ki, eyni zamanda bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsi başa çatır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.
Azərbaycanda istifdə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, “Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb. Zavodun fəaliyyətini dayandırması ilə əlaqədar daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. Bunlar Rusiya, Rumıniya və Türkmənistan şirkətləridir.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA











