Aİ-92 markalı benzinin satışında problem varmı?

Azərbaycanda ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublika ərazisində, o cümlədən Tovuz rayonunda yerləşən YDM-də yanacaq satışı adi qaydada davam edir.
Avtosfer.az xəbər verir ki, bunu “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova “APA-Economics”ə açıqlamasında bildirib.
“Azpetrol” YDM-də yanacaq həmişə olub və hazırda da var. Yanacağın satışında məhdudiyyətlər yoxdur və limitlər tətbiq edilmir”, - Ülviyyə Hüseynova vurğulayıb.
Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəylinin sözlərinə görə, şirkətin respublika ərazisində avtomobil yanacağının həm topdan, həm də pərakəndə satışında heç bir problemlər və ya məhdudiyyətlər yoxdur.
Tovuz rayonunda avtomobil yanacağının satışında yaranan problemlərlə bağlı suala cavab verən Üzeyir Həbibbəyli qeyd edib ki, “SOCAR Petroleum” şirkətinin qeyd olunan rayonda YDM mövcud deyil.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Tovuz rayonu ərazisində “Aİ-92” markalı benzinin satışında problemlərin yarandığı barəsində məlumatlar yayılıb.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












