Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılmışdır. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.
Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












