Alimlərdən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

Dünyada yeni pandemiya H5N8 quş qripi virusuna görə başlana bilər.
Bununla bağlı tədqiqata diqqəti “Medical Xpress” portalı yönəldib.
Qeyd edilir ki, Çin alimləri yeni pandemiyanın quş qripi virusu ilə bağlı olacağını açıqlayıblar.
Veyfen Şi və Corc Qao virusun yaranma yayılmasının tarixini izləyiblər. Onlar bildiriblər ki, bu ştamm 2010-cu ildə Çində ördəklərdə aşkarlanıb. Dörd il sonra Yaponiya və Cənubi Koreyada da yoluxma halları qeydə alınıb. Virusa yoluxanlar arasında ev və vəhşi quşlar da olub.
Virus 2016-cı ildə Hindistanda, Rusiyada, Monqolustanda, ABŞ-da, həmçinin Avropanın digər ərazilərində aşkarlanıb. H5N8 virusu 2020-ci ildə artıq 46 ölkədə qeydə alınıb. Bu, virusun artım qabiliyyətini göstərir.
Veyfen Şi və Corc Qao bu halda qeyd ediblər ki, yoluxanların müayinəsi zamanı H5N8-in insanlar arasında ötürülməsi əlamətləri aşkarlanmayıb.
Onlar həmçinin diqqəti virusun yüksək patogenliyinə yönəldiblər.///report
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












