AMEA-dan "13-cü imam" sertifikatı ilə bağlı açıqlama: "Başdanxarab..."

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçisi olan xanıma 13-cü imam olduğunu "təsdiqləyən” "sertifikat” verilməsi ilə bağlı məsələyə AMEA-nın münasibəti bəlli olub.
Avtosfer.az xəbər verir k, AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoruna müdiri Leyli Namiqqızı oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyəcək:
"Hər başdanxarab durub bir şey yazacaq və bu boyda akademiya ona cavab vermək məcburiyyətində deyil”.
Qeyd edək ki, vəkil Aqil Layıcın bildirdiyinə görə, AMEA-nın işçisi olan xanıma 13-cü imam olduğunu "təsdiqləyən” "sertifikat” verilib.
Məlumata görə, öncə xanımı inandırıblar ki, onda qeyri-adi səmavi istedad var, adi insan deyil. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.
"Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. "Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, - A.Layıc qeyd edib.
Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
(baku.ws)
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












