Ana və iki qızı imtahanda yüksək bal topladılar - FOTO

Riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək nəticə göstərib. Belə ki, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.
Qeyd edək ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsil verənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 000-ə yaxın müəllim dəvət edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












