"Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə rolunu genişləndirəcək"

Gürcüstanın Anakliya şəhərində ilk dərin özüllü dəniz limanının tikintisi layihəsinin həyata keçirilməsi ölkənin Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, layihə ölkə üçün strateji əhəmiyyət kəsb edir və limanın tikintisi Gürcüstanın liman infrastrukturunun inkişafında, eləcə də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.
“Birinci mərhələdə layihəyə 600 milyon ABŞ dolları investisiya qoyulacaq. Bu mərhələ başa çatdıqdan sonra, yəni 2029-cu ilə qədər ilk gəmilər qəbul ediləcək”, - Baş nazir bildirib.
Layihənin birinci fazası həyata keçirildikdən sonra liman ildə 600 min konteyner qəbul edə biləcək.
Bu layihə Çin-Sinqapur konsorsiumu olan “China Communications Construction Company Limited & China Harbour Investment Pte. Ltd.” ilə birgə həyata keçiriləcək. Layihədə ölkənin maraqları tam nəzərə alınıb.
“Dövlətin bu layihədə 51 % nəzarət paketinə sahib olduğunu nəzərə alsaq, bizim öz strateji marağımız var. Buna uyğun olaraq, ölkəmizin maraqları maksimum dərəcədə təmin edilib”, - İ.Kobaxidze qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












