Analar həbsdəki oğullarına görün nə göndərdilər - FOTO

2 və 11 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilmiş və 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhməd Yadigar oğlu Əhmədovla qısamüddətli görüşə gələn anası Sumqayıt şəhər sakini Təranə Hacalı qızı Vəliyevanın gətirdiyi =sovqata baxış keçirilib. Bu zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd mobil telefon aşkar edilib.
Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elsevər Tofiq oğlu Şükürova anası Gəncə şəhər sakini Leyla Carçı qızı Şükürovanın poçt vasitəsilə göndərdiyi banderola baxış keçirilib. Bu zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş və ümumi çəkisi 0,040 qram olan psixotrop maddə - metodon həbi aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












