Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












