Apreldə Bakı metrosu ilə sərnişindaşıma artıb

Bu ilin aprel ayında Bakı metropoliteni ilə 20 milyon 510 min 190 sərnişin daşınıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd edilib ki, ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında artım 7,6 % təşkil edib. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib. Müvafiq güzəştli imtiyaza malik olaraq, metropolitendən ödənişsiz əsaslarla istifadə edənlərin sayı 537 min 988 sərnişin olub.
Ay ərzində metropolitenə ən çox sərnişin aprelin 16-sı (810 min 689), ən az 7-si (395 min 658) daxil olub.
2024-cü ilin dördüncü ayının 10 qeyri-iş günündə metropolitendən 4 milyon 818 min 724 və yaxud orta hesabla gündəlik 481 min 872 sərnişin istifadə edib. Bu, ay ərzində daşınan bütün sərnişinlərin 23,49 %-i deməkdir. Aprel ayının 20 iş günündə metropolitendən 15 milyon 691 min 466 sərnişin istifadə edib ki, bu da bütün sərnişinlərin 76,51 %-idir. İş günlərində orta statistik hesabla 784 min 573 sərnişinə daşıma xidməti göstərilib.
Ümumiyyətlə, pandemiyadan əvvəlki ən çox sərnişin daşınan 2019-cu ilə nəzərən 2024-cü ilin aprelindən 4,6 % az, 2022-ci ilin eyni dövründən isə 14,6 %-dən çox sərnişin daşınıb. 2024-cü ildə 2019-cu ilin dörd aylıq dövrü ilə müqayisədə 4 % az, 2022-ci və 2023-cü illərin həmin aylarına nəzərən, müvafiq olaraq, 16,5 % və 3,2 % çox sərnişin metropolitendən istifadə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












