Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilzadə Hüseyn İsa oğluna məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Avtosfer.az xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













